Məhsul kodu: 4382
Əsərləri 20-dən çox dilə çevrilən Məsturu İran, eləcə də dünya ədəbiyyatına tanıdan ilk irihəcmli əsəri “Tanrının ay üzündən öp” romanıdır. Roman çap olunduğu vaxtdan oxucuların və ədəbi tənqidçilərin böyük marağına səbəb olub. On beş ildə yüksək tirajla 50 dəfədən çox nəşr edilmiş və “Golden Pen” mükafatına layiq görülmüşdür. Məstur həmçinin ədəbiyyatşünas alim kimi də fəaliyyət göstərir. XX əsr Amerika ədəbiyyatının qısa hekayələr ustası Raymond Karverin kitablarını fars dilinə çevirmişdir.
“Tanrının ay üzündən öp” romanında özünü göydələndən ataraq intihar edən məşhur fizikin intihar səbəbini araşdıran, eyni zamanda bu tədqiqat zamanı qarşısına çıxan “Tanrının varlığı və yoxluğu” mövzusuna fəlsəfi və empirik dəlillər axtaran gənc dissertantın həyatından bəhs edir.