Məhsul kodu: 4659
“Rəngli şarlar” kitabında müəllifin 2013-2018-ci illər aralığında yazdığı 15 hekayə yer almışdır.
Hekayələr diqqəti cəlb edən ən müxtəlif mövzuları əhatə edir.
Bəzi hekayələrində ülvi duyğuların tərənnümü əsas qayə olaraq önə çəkilir. Sədaqət, dürüstlük, sözübütövlük kimi xüsusiyyətlər təqdir olunur.
Bəzi hekayələrində isə, kinin, nifrətin, xəyanətin insanların həyatını necə bir cəhənnəmə çevirdiyi real həyat səhnələri fonunda göstərilir.
Məcburi evliliklərin, erkən nikahların gənclərə təsirinə diqqət çəkən yazıçı, onların yaşadığı dərin psixoloji sarsıntılara həssaslıqla nəzər yetirilməsinə cəhd edir.
Hekayələrin əksəriyyətində real həyat hadisələrinə müəllif təxəyyülünü də əlavə edir, obrazların dilindən verdiyi monoloqlar vasitəsi ilə öz duyğu və düşüncələrini bölüşür, cəmiyyəti düşündürən əsas məsələlərə toxunmağa çalışır.