Məhsul kodu: 4666
Bəlkə də, dünya
Həvvanın Adəmə
verdiyi almadı...
Bəlkə, aldanmaq
elə sevilməkdi,
qovulmaqdı bir adı...
Bu nə arzu tutmaqdı?
Sənə qədər məsafəni
addım-addım sayıram.
Yorulanda əlimi
ürəyimin üstə yox,
qabırğama qoyuram!
İndi almafobiya
bürüyüb canımı,
Kaş əl uzatmazdım almaya.
Gəl qayıdaq...
Yerimiz bura deyil,
Biz Allahın gözündən düşdük dünyaya.