Məhsul kodu: 4707
Ədəbiyyat və kütlə kitabı məqalələrdən və bir hekayədən ibarətdir.
Domingezin Kağız ev əsərindəki əsas obraz kimi
kitabdan ev tiksən də başına uçacaq. Xırdalıqlara varıb
böyük işlər görə bilməyəcəksən. Tolstoy kimi uşaqlara
dərs deməyəcəksən. Öz biliyin öz içində iylənəcək və
səni məhv edəcək. Eynəyinin qalın şüşələri arxasından
zəifləmiş gözlərin həyat gözəlliklərini görməyəcək. Sən
artıq heç bir gücə sahib olmayacaqsan. Sısqa bədəninlə
özünü belə qoruya bilməyəcəksən.