Məhsul kodu: 4723
Biz — rus yazıçı, tənqidçi və publisisti Yevgeni Zamyatinin ən məşhur əsəridir. Əsərdə totalitar rejim və ona məcbur şəkildə tabe olan insanlar əks olunmuşdur.
Roman riyazi motivlər əsasında yazılmışdır və riyazi qanunlar əsasında qurulmuş bir dünya təsvir olunmuşdur. Əsərdə insanlar nömrələrlə adlandırılmışdır. Baş qəhrəman inşaatçı D-503 İnteqral -ın inşaası ilə məşğuldur. O fərdiçilik xəstəliyinə tutulur və hamı ilə birgə vahid bədənin bir üzvü olmaq istəmir. Onu bu xəstəliyə alışdıran isə İ-330 adlı qadın olur.
İnteqral zəbt olunaraq öz qanunlarına tabe edilməmiş digər dünyaları ələ keçirmək üçün hazırlanan kosmik gəmidir. Romanda həmçinin, Havadar obrazı böyük maraq doğurur. Havadar ədədlərin ədədi hesab olunur və bütün ədədlər əldə etdiklərinə görə ona şükr edirlər və onun qüdrətini sarsılmaz hesab edirlər. Qanunlara tabe olmayanları isə Havadar -ın ölüm aparatı gözləyir.
Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, ədədlər hamı tərəfindən görünən şəffaf binalarda yaşayırlar və cinsi əlaqəyə yalnız icazə ilə girə bilirlər. Belə ki, hər hansı ədəd, istənilən digər əks cins ədədə çəhrayı talon yazdırmaqla onunla sevişmək istədiyini bildirir və onlar üçün 1 saat cinsi zaman ayrılır. Və yalnız bu zaman evin pərdələrinin endirilməsinə icazə verilir.
Corc Oruell 1984 , Oldoks Haksli Cəsur yeni dünya , Rey Bredberi 451 farengeyt kimi antiutopik əsərlər Biz dən təsirlənərək yazılmışdır.
Əsər SSRİ-də ilk illər çap edilmədiyi üçün, kitab şəklində ilk dəfə 1924-ci ildə ABŞ-da ingiliscə tərcümə şəklində çıxmışdır. Daha sonralar isə Sovet İttifaqı-nda da nəşr olunmuşdur.