Məhsul kodu: 4732
Hekayə oxumaq adını-sanını eşitdiyiniz məşhur yazıçıların irihəcmli əsərlərini oxumağa başlamazdan qabaq əla dequstasiya imkanıdır... Hekayə oxumaq heyrətamiz sürətlə virtuallaşan çağdaş dünyanın ən ciddi məsələlərindən biri olan ünsiyyətsizlik və özgələşmə problemlərinə qarşı çox yaxşı antivirusdur... Hekayə oxumaq özünü inkişaf etdirməyin, zövqü cilalamağın ən sadə, amma sınaqdan çıxmış yoludur... Hekayə topluları bizə dözümlü, təmkinli, demokratik olmağı öyrədir: dünyagörüşü bir-birinə daban-dabana zidd olan yazıçıların əsərləri iki yerdə – kitab rəflərində və hekayə toplularında “dava-dalaşsız”, “dinc yanaşı” dura bilirlər. Və nəhayət, hekayələr bunu qulağımıza asta-asta pıçıldayır: elə sən özün də bir hekayəsən...