Məhsul kodu: 8033
On iki illik bir yaradıcılıq yolu... On iki illik!
M.Müşfiq öz şeirlərində zəmanəsinin odlu nəğməkarı kimi Azərbaycan torpağının bərəkətli çöllərini, təbii sərvətlərini, mənzərələrini, gözəlliyini, Bakı neftçilərini, onların arzu və istəklərini, ailə gözəlliyini, insansevərliyi sənətin ecazkar dili ilə, özünə məxsus bir tərzdə təsvir etmişdir.
M.Müşfiq poeziyanın müxtəlif janrlarında qələm çalmış, ədəbiyyat xəzinəmizi xeyli sayda lirik şeirlər, bir-birindən maraqlı poemalarla zənginləşdirmişdir. O, ədəbiyyatımızda ilk mənzum oçerklər müəllifidir. O, uşaq yazıçısı olmasa da balaca oxucular üçün yazmağı özünə şərəf işi, vətəndaşlıq borcu bilmiş, mənzum nağıllar yaratmışdır.