Məhsul kodu: 8047
Sevincin əvvəlki velosipedi artıq köhnəlib. İndi ona yeni velosiped almaq lazımdır. Lakin atası yeni velosipedi alıb gətirəndə onun böyüklüyü Sevinci heyrətləndirir. Sevinc düşünür ki, velosiped çox böyükdür və əvvəlcə atasından onu geri qaytarmağı xahiş edir. Bəs görəsən, sonradan kim və ya nə onun fikrini dəyişməsinə səbəb olacaq?