Məhsul kodu: 8330
Fransada yaşayıb-yaradan Banin Bakı milyonçuları Musa Nağıyevlə Şəmsi Əsədullayevin nəvəsidir. 1923-cü ildə ailəsi ilə birlikdə Fransaya köçmüş və orada yaşayıb-yaratmışdır. Banin fransızca qələmə aldığı “Qafqaz günləri” əsərinin süjet xəttini tərcümeyi-halı ilə bağlı faktlar əsasında qurmuşdur.
Romanda Bakının bir çox zəngin ailələri, onlar arasında olan münasibət, bayram və yas mərasimləri, milli adət-ənənələr, zamanın əhval ruhiyyəsi müəllif tərəfindən dəqiqliklə və ustalıqla qələmə alınmışdır.
Banin babasının vəsiyyətinə əsasən onun və üç bacısının birdən-birə milyonçuya çevrilməsi, lakin onların “milyonçuluğunun” çox çəkməməsi, Azərbaycan qırmızı ordu tərəfindən işğal edildikdən sonra ailəsinin başına gələn faciələr haqda ətraflı yazır.
Bu kitab “Qafqaz günləri”nin tam versiyasıdır.