Məhsul kodu: 8637
Berlində bir qadın küçənin ortasında qəfildən yoxa çıxır. Parisdə bir kişi özünü Eyfel qülləsindən ataraq intihar edir. Denverdə kiçik təyyarə dağlara çırpılıb partlayır. Manhattanda Cənub çayı sahillərində bir cəsəd tapılır. Əvvəl-əvvəl baş verənlər adi bədbəxt hadisə təsiri bağışlasa da bir müddət sonra bütün şübhələr bir yerə yönəlir. Bura, dünyanın beyin mərkəzi hesab olunan “Kingsley International Group” şirkətidir.
Polisin gərgin axtarışları nəticəsində ölən adamların hamısının eyni şirkətdə işlədikləri üzə çıxır. Şirkətin başçısı Tener Kinqsli ölmüş iki əməkdaşının həyat yoldaşlarını görüşə çağıraraq bütün ziyanın ödənəcəyinə və həyat yoldaşlarının ölümünün arxasında dayanan sirli səbəbin tapılacağına söz verir. Lakin onun gecikdiyi məlum olur. Çünki artıq kimlərsə onları yox etməyə qərar verib. Ölümün bir addımlığından qayıdan iki qadını kimlər, niyə öldürməyə çalışır? Yoxsa bu qadınlar özləri də bilmədən ikinci bir hiyləgər oyunun günahkar qurbanına çevrilməkdədir?
Sidni Şeldonun kəskin süjetli romanının sualları oxucunu sona kimi tərk etmir. Lakin bir gün hər şey gün işığına çıxacaq.