Məhsul kodu: 8745
David Rockefeller öz kitabında sözügedən «intellektual elita ilə dünya bankirlərinin suverenliyinin» yaranması, dünyada – Avropada, Asiyada, Afrikada və Latın Amerikasında maliyyə oliqarxiyasının təsirinin genişlənməsi kimi məsələlərdən bəhs edir. Dünya bankirlərinin ta Brejnevin dövründən başlayan Rusiyaya nüfuz etməsinə xüsusi diqqət çəkilir; David Rockefeller Brejnevlə, Kosıginlə və bir sıra sovet liderləri ilə gizli danışıqlarının mətnləri təqdim olunur.