Məhsul kodu: 8779
Bu əsəri uşaqlarmı, yoxsa böyüklərmi daha çox sevir? Qərar vermək çətindir; kitab uşaqları öyrədəcək, böyüklərə isə yön verəcək mesajlarla zəngindir.
Əsər Larpin diyarında yaşayan balaca tuflinlərdən bəhs edir; əzilərək yerin və qorxunun altında yaşayan tuflinlərdən. Günü-gündən düşmənləri onların sıralarını azaldır...
Susal və Oşan xilas yolunu başçı Norodan fərqli olaraq qaçmaqda, daha dərin qazıb “yerin dibi”ndə yaşamaqda görmür, mübarizə üçün yollar axtarmaq və düşməni məhv etmək üçün “üzə” çıxırlar. Düşmən axtarışı zamanı onlar daha əvvəl görmədiyi – müəllif tərəfindən heç də təsadüfi seçilməyən – heyvanlarla qarşılaşırlar. Məhz bu zaman həm əsərin qəhrəmanları, həm də oxucular əsl həyat dərsləri öyrənməyə başlayırlar; müəllif heyvanları çox məharətlə “danışdırır”, bir çox sosial-psixoloji və önəmli mövzulara toxunur.
Bir sözlə, müəllif əzmkarlıq, mübarizə, qorxmazlıq, cəsarət aşılayan bir əsər meydana çıxarıb.
????????
Natevan Melikova