Məhsul kodu: 8802
Böyük alman şairi, dramaturqu, filosofu Qöte klassisizm cərəyanının ən önəmli simalarından biridir. “Gənc Verterin iztirabları” epistolyar janrda qələmə alınan sentimental romandır.
Avtobioqrafik xarakter daşıyan romanda cavabsız eşq gənc bir oğlanı dərin iztiraba düçar edir, onun incə qəlbini vüsal həsrətiylə yandırıb-yaxır. Qöte şairanə bir dillə aşiqin keçirdiyi bütün o çılğın, romantik hissləri insanın qəlbini parçalayacaq şəkildə təsvir edir.
Roman, eyni zamanda o dövr Almaniyasının ictimai, siyasi, əxlaqi vəziyyətinə bir üsyan idi. Həssas qəlbli, kövrək təbiətli Verter həm bu mənəvi gerilik ucbatından, həm də onu dəli-divanə edib ağlını başından alan sevgilisinə qovuşa bilmədiyi üçün ölüm yolunu seçir.