Məhsul kodu: 8805
XX əsrin ən vacib filosoflarından hesab edilən Ludviq Vitqenştaynın Tractatus Logico-Philosophicus kitabı filosofun Azərbaycan dilinə ilk tərcümə olunan əsəridir.
Bu kitabı bəlkə yalnız o adam başa düşəcək ki, burada ifadə olunmuş düşüncələri – yaxud da oxşar düşüncələri – özü
nə vaxtsa artıq düşünmüş olsun. – Bu, bir dərslik deyil yəni.
– Onu başa düşərək oxuyan biri ondan həzz ala bilərsə, kitab
məqsədinə çatmış sayıla bilər.
Bu kitab fəlsəfi problemlərdən danışır və göstərir ki, -
mənə görə - bu problemlərin sual olaraq qoyuluşu dilimizin
məntiqinin yanlış anlaşılmasına əsaslanıb. Kitabın bütün mənasını təxminən bu sözlərə yığmaq olar: Ümumiyyətlə, deyilə bilən bir şey, aydın deyilə bilər; danışa bilməyəcəyin şeylər haqqında susmaq lazımdır.