Akvalanq

Məhsul kodu: 8813

  • 6 AZN
  • 4.8 AZN


Müəllif
İlqar Fəhmi
Kateqoriya
Proza , Çağdaş Azərbaycan Ədəbiyyatı , Dramatik
Nəşriyyat
Xan Nəşriyyatı
Səhifə
200
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
73

Qısa məzmun

Akvalanq romanı sadə və sadə olduğu qədər də mürəkkəb süjet xəttinə malik bir əsərdir. Roman Abşeron çimərliklərində dəniz Tanrısı Poseydonla rastlaşan evli qadının dilindən nəql olunur. Miflər insanların öz həyatlarına məna qatmağa müəyyən mənada yardım edir. Yunan mifologiyasından çıxıb gəlmiş Poseydon qadının darıxdırıcı həyatına bir əyləncə qatır, onun hisslərini ələ alır, onu xəyanətə təhrik edir. O, ərini sevir, ancaq başı rəsm çəkməyə qarışmış Azad sanki onu unudub, tabloda öz yerini almağa çalışan mələklərin əsirinə çevrilib. Qadın isə sevgi, diqqət, nəvaziş istəyir. Yazıçı romanda həyatın sənətə, sənətin həyata necə toxunduğunu və bu toxunuşun bəzən yaradıcı, bəzənsə öldürücü olduğunu əyani şəkildə göstərə bilib. Qadın dənizdə çimərkən medalyon tapır və həmin medalyonun içində öz şəklinin olduğunu görür. Hər şey də bundan sonra başlayır, o, artıq tora düşüb. Poseydonla görüş bu məkanda baş verir. Qadının xəyalları dənizin dalğaları kimi ləpələnir, onu uzaqlara aparıb çıxarır. O, özünü Poseydonun sevgilisi kimi aparır. Mif sanki öz oxşarını müasir versiyada yaradır. Yazıçının sınırsız təxəyyülü oxucunu dənizin göylə birləşdiyi üfüq xəttinə qədər aparır. Abşeron mühitinin zəngin koloriti, sadə kənd adamlarının səmimiyyəti, həzin lirizm, yazıçının ironik, məzəli üslubu, gərginliyi azaldan yumoru, obrazların psixoloji cizgilərinin açılması, daxili aləmin zənginliyi oxucuda unudulmaz təəssüratlar yaradır.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar