Məhsul kodu: 9043
“Gülünc adamın yuxusu” hekayəsindəki adsız qəhrəman üçün hər şey mənasızdır. Heç nə onun vecinə deyil. Özünü öldürmək istədiyi gün yuxu görür. Apatiyaya qapılmış bu adam fantastik şəkildə dəyişilir, içindəki vecsizlik ab-havası bir saatın içində darma-dağın olur və həqiqəti dərk edir: “Başqalarını da özün kimi sev, vacib olan budur”.
Dostoyevski “Bobok” adlı fantasmaqorik hekayəsində unikal bir bədii priyomla dəyişməz insan xislətini fərqli formatda oxuculara çatdırır. Uğursuz yazıçı-tərcüməçi bir gün qəbiristanlıqda gəzişərkən qəfil ölülərin səsini eşitməyə başlayır. Bu kabus varlıqların sarkazmlı, yalansız, çılpaq sözləri demək istədiyimiz, amma deyə bilmədiyimiz həqiqətləri ifşa edir.
“Həzrət İsanın Milad yolkasındakı oğlan” – bu kədərli hekayə 6 yaşlı səfil, əl açıb dilənən bir uşağın faciəvi taleyindən bəhs edir. Hekayədə bu tip uşaqların necə zülm çəkdiyi, amma bununla yanaşı, hamisiz qalmadıqları göstərilir.