Məhsul kodu: 9166
Çingiz Dağcının 1958-ci ildə qələmə aldığı “Onlar da insandı” romanı XX əsrin əvvəllərindən ortalarınadək Krım tatarlarının yaşayış tərzindən, onların sosializmdən qabaq torpağa necə ülvi hislərlə bağlı olduqlarından, ailə-məişət məsələlərindən, adət-ənənələrindən, Stalinin hakimiyyəti dövründə bu türk tayfalarına edilən haqsızlıqlardan, başlarına gətirilən faciələrdən bəhs edir. Əsərin dramatik xətti fonunda saf və məsum insanların ruslar tərəfindən necə əzilməsi, müxtəlif siyasi gedişlər açıq-aydın göstərilir. Müəllif bu tarixi faciəyə öz fəlsəfi-psixoloji baxış bucağından baxmağa, insanlar arasındakı sərhədlərin əslində siyasi oyun olduğu məsələsinə diqqət çəkməyə çalışır.
Bu kitab Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin “Türk ədəbiyyatının xaricdə tanıdılması” layihəsinin dəstəyi ilə çapa hazırlanmışdır. Göstərdikləri köməkliyə və dəstəyə görə nazirliyin əməkdaşlarına, Türkiyənin sabiq dövlət naziri, hörmətli Sadi Somuncuoğluna və Orta Şərq mütəxəssisi Rahim Cavadbəyliyə təşəkkürümüzü bildiririk.