Məhsul kodu: 9274
“Qərb dünyası İslamı öz baxış bucağından araşdıran çoxsay- lı oriyentalist (şərqşünas) yetişdirib, amma İslam dünyasının qərb mədəniyyətinin müxtəlif sahələrini – elm, incəsənət, din, sosial davranış – İslam nöqteyi-nəzərindən tədqiq edə bilən ok- sidentalisti (qərbşünas) çox azdır”. Prof. Hüseyn Nəsr Müəllif dünyanın müasir intellektual mənzərəsi qarşısın- da gənc müsəlmanın çaşbaş qalmaması üçün ona iki yol tək- lif edir: öz dini və mədəni kökləri ilə dərindən tanış olmaq və modern dünyanı İslam nöqteyi-nəzərindən dərk etməyi ba- carmaq. Nəsr kitabda əvvəlcə İslam əqidəsi, əxlaqı, incəsənəti haq- qında dolğun məlumat verir, ikinci hissədə isə renessansdan sonra qərb dünyasının dinə, elmə, sənətə baxışını təhlil edir. Beləliklə, kitab müasir gənc müsəlman üçün bir bələdçi rolu- nu oynayır.