Məhsul kodu: 9301
Kitabda Azərbaycanın sadə insanlarını da görəcəksiniz, maraqlı yerlərini də, fərqli, qeyri-adi tiplərini də. Həm o adamları tanıyacaqsınız, həm də getmədiyiniz yerlərin, tədbirlərin video görüntüyə bənzər təsvirlərini oxuyacaqsınız.
Dostumgilin evinin hər otağında zamanı fərqli göstərən bir saat vardı. Günlərin bir günü evə qonaq gəlir, divardakı saatlar diqqətini çəkir və maraqla soruşur: “Niyə hər otaqda bir saat var?” Dostumun atası yarızarafat, yarıciddi cavab verir: “Hərəmiz birinə inanırıq”