Məhsul kodu: 9318
Azərbaycanda qaçaq hərəkatı təxminən 200 il əvvəl Çar Rusiyasının işğalçılıq siyasətinə və onun yerli nümayəndələrinə, o cümlədən ağaların, bəylərin zülmünə qarşı başlayıb.
Bu hərəkatın ən məşhur nümayəndələrindən biri Qaçaq Kərəm idi. Kərəm 1860-cı ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndindә doğulub. Atası Molla Zal oğlu İsgəndәr kәndlilәrin haqqını müdafiә etdiyi üçün Sibirә sürgün olunub. Lakin sürgündən qaçaraq yenidən öz elobasında haqsızlığa qarşı mübarizəsini davam etdirib. İsgәndәr kişidən sonra isə oğlu Kərәm onun yolu ilə gedib.
Kәrəm öz qəhrəmanlığı ilə qısa vaxtda nәinki Azərbaycanda, bütün Qafqazda, Rusiyada, İranda və indiki Türkiyə ərazisində şöhrət qazanmışdı. Hətta məşhur rus yazıçısı Maksim Qorki Kərәmin cəsarətli və ədalətli bir insan olmasından bəhs etmişdi.
Kərəmlə bağlı bir sıra yer adları ona sonsuz xalq məhəbbətindən xəbər verir: «Kərəm körpüsü», «Kərәm payası», «Kərəm bazarı», «Kərәm çalası», «Kərәm yolu», «Kərәm payı», «Kərəm bulağı», «Kərəm meydanı» və s.
Qaçaq Kərəm 1910-cu ildə İran ərazisində dünyasını dəyişib.
Uşaqlar üçün nəzərdə tutulmuş bu nəşr hazırlanarkən “Yeddi dastan” kitabından (toplayanı və tərtib edəni Rüstəm Rüstəmzadə, “Azərnəşr”, 1989-cu il), eləcə də qismən Fərman Eyvazlının “Qaçaq Kərəm” romanının motivlərindən istifadə edilib.