Məhsul kodu: 9423
  ...Bu kitabı yazı makinalarında yenidən çap edir, əllə üzünü köçürür, müəyyən məbləğ müqabilində bir gecəliyə oxumağa verirdilər. Kitab SSRİ-nin  qara bazarlar ında dəyərindən 100-1500 dəfə baha satılırdı. Bir oxucu isə hətta öz  Jiquli sini ona dəyişmişdi... 
Bu sözlər məşhur qazax şairi, alimi və ictimai xadimi Oljas Süleymenova məxsusdur. Görkəmli tədqiqatçı elə özünün müəllifi olduğu məşhur  Az i Ya  kitabı haqda danışarkən belə deyib.
Oljas Süleymenovun çoxillik tarixi-linqvistik araşdırmalarının məhsulu olan, 1975-ci ildə nəşr ediləndən sonra nəinki təkcə keçmiş SSRİ-də, ümumən bütün dünyada ciddi rezonans doğuraraq  sovet bestselleri  adlandırılan  Az i Ya  türk xalqlarının tarixinə, dilinə, mədəniyyətinə tamamilə yeni və orijinal yanaşma kimi böyük marağa səbəb oldu. İki hissədən ibarət olan əsərin birinci bölümü qədim rus ədəbiyyatının böyük abidəsi  İqor polku haqqında dastan a həsr edilib. Müəllif burada dastandakı türk mənşəli sözlərin - sonradan slavyan mənşəli hesab edilən türkizmlərin etimologiyasını araşdırır, onları türk-slavyan əlaqələri kontekstindən şərh edir.
 Az i Ya nın  Şumernamə  adlı ikinci fəslində isə şumer-türk əlaqələrinin bütün qatları tarixilik, linqvistika, etimologiya və mifologiya baxımından araşdırılır.
Elmi dairələrdə bir vaxtlar az qala süngü ilə qarşılansa da sonradan  bəraət alan  və rəğbətlə qarşılanan bu kitab tarixçilər, dilçilər, türkoloq və slavistlər üçün hələ də qiymətli mənbə olaraq qalır.