Məhsul kodu: 9495
Rover Frits, performansa əsaslanan idarə üsulunun və fərdlərin dəyişiklik tələbləri mövzusunda ölkənin tanınmış söz sahiblərindən biridir. Gəlir sıralamasına görə ilk 500-ə daxil olan şirkətlərdən başlamış, ailə quruluşlarına qədər bir çox təşkilat onun tövsiyələrini tətbiq etməkdədir. Dr. Frits, 300-dən çox müştəriyə xidmət etməklə yanaşı hər ay vaxtının bir hissəsini mühazirələrə, seminarlara və təqdimatlara ayırır. Aylıq jurnallarda və biznes qəzetlərində dərc edilən məqalələri vasitəsi ilə milyonlarla insana xitab etməkdədir. İndiyə qədər nəşr edilmiş 35 kitabı 17 dilə tərcümə edilərək, ən çox satılanlar, eyni kitabı seçənlər və digər mükafatlara layiq görülənlər kateqoriyasına daxildir.
Rocer Frits həyatın gözləməkdən ibarət olduğunu və bu güclü prinsipin necə həyat tərzini dəyişdirərək insanları uğura aparmasının ən cəzbedici yolunu göstərməkdədir. Təqdimatlarında yumor, praktiki tövsiyə və şəxsi cavabdehliyin möhtəşəm sintezini vurğulayır.
Təşkilati İnkişaf Məsləhətçilərinin(1972) qurucusu və direktorudur.