Məhsul kodu: 9553
İshak Pintoseviç insanlara uğur qazanmağın sirlərini öyrədir. Şəxsiyyətin İnkişafı üzrə Beynəlxalq Professionallar Assosiasiyasının reytinqində ikinci yeri tutur, populyarlığına görə postsovet məkanında birincidir. Özünün “liderlə iş” təcrübəsindən də bəhs etdiyi bu kitab-treninqdə Pintoseviç liderliklə bağlı son 100 ilin ən yaxşı kitablarından topladığı ən güclü təsir alətləri və strategiyaları haqqında məlumat verir. Onun müştəriləri arasında “Procter və Gamble”, “Deloitte”, “Danone”, “Leo Burnett”, “PSB – Films”, “MasterCard”, “Mary Kay” kimi dünyaca məşhur şirkətlər, o cümlədən, siyasətçilər, biznesmenlər, şou-biznesin məşhur nümayəndələri də var.