Məhsul kodu: 9662
Oxuculara təqdim olunan I cilddə Azərbaycanın el ədəbiyyatına məxsus “Qurbani”, “Tahir və Zöhrə”, “Novruz”, “Alı xan”, “Lətif şah” və “Şahzadə Əbülfəz” adlı dastanlar yer alıb. Geniş yayılan bu dastanlarda elin həyat və mübarizəsi tarixindən, keçmişin şirin və acı təcrübələrindən əldə olunmuş fikir və arzuları əksini tapır. Həmin fikirlərin daşıyıcıları olan dastan qəhrəmanları bir fərd olmaqdan çıxıb yurdun qəhrəmanlığı, gücü, zəkası və insaniyyət timsalına çevrilirlər.