Xəyalımdakı Gələcək

Məhsul kodu: 9708

  • 9 AZN
  • 7.2 AZN


Müəllif
Sevinc Quliyeva , Pərviz Həsənov
Kateqoriya
Fərdi inkişaf-Motivasiya , Araşdırma , Çağdaş Azərbaycan Ədəbiyyatı
Nəşriyyat
Alatoran
Səhifə
411
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
73

Qısa məzmun

Bu əsər Pərviz Həsənovun eyniadlı seminarındakı çıxışı əsasında hazırlanmışdır.
Bu seminar bir çox insanın həyatında qığılcım yaratdı, bir çox insanda fundamental dəyişikliklərə səbəb oldu və olmaqda davam edir. Məhz buna görə seminarda çatdırılan mesajın daha çox kütləyə ulaşması üçün bu əsər ərsəyə gəldi. Bu əsəri oxuyan hər bir insan öz arzularına, öz hədəflərinə gedən yolda böyük motivasiya əldə edəcək və həyatın müxtəlif məqamlarında edəcəyi seçimlər adına açar məsləhətlər əldə etmiş olacaq.
Əsər sırf Pərviz Həsənovun seminardakı nitqi əsasında hazırlandığı üçün ədəbi üslub daşımır.
Mən - Sevinc Quliyeva, Pərviz bəyin assistenti olaraq bütün seminarların təşkilində iştirak etmiş və məhz bunun sayəsində bu əsəri hazırlamışam.
Bəlkə də Pərviz bəy kimi gənclərimizin sayı çoxdur, ancaq onun verdiyi seminarlarda iştirakçıların dərin məmnunluğu məni bu kitabı yazmağa motivə etdi. Xəyallarını öz gücü ilə reallaşdıran insaların hər zaman yaşama sevinci vardır və bu insanlar öz xəyallarına, məqsədlərinə görə gördükləri ən çətin işdən belə zövq alırlar. Pərviz bəy də bu insanlardandır. İşin çətin tərəflərini belə seminar iştirakçılarına zövqlə izah edir. “Mən edə bilmərəm, bacarmaram” - deyən şəxslərə öz həyat və iş hekayəsini bölüşərək “Sən də edə bilərsən!”, “Öz xəyallarını və məqsədlərini reallaşdıra biləcək güc səndə də var!” - mesajını qətiyyətlə çatdırır.
Bu seminar universitetlərdə, inkişaf mərkəzlərində dəfələrlə keçirilmişdir. Və maraqlısı budur ki, bəzi iştirakçılar hər dəfə mövzusu eyni olan bu seminarda dəfələrlə təkrar-təkrar iştirak edirlər. Səbəb gələcəyinə gedən yolda hər dəfə yenidən motivasiya qazanmaq istəyidir.
Gələcəyini inamla qurmaq istəyən hər bir tələbə üçün, hər bir gənc üçün bu kitab əvəzsiz materialdır.
Və artıq öz uğurlarına doğru addımlayan bir çox insanın stolüstü kitabına çevrilib Xəyalımdakı Gələcək .
Bu günə kimi bu seminar 2014. ildən başlayaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Bakı Ali Neft Məktəbində, Qafqaz Universitetində, Gəncədə Texnologiya Universitetində, və bir çox təşkilatlarda, ictimai birliklərdə keçirilib və keçirilməkdə davam edir.
Bu kitabdan tam zövq almağın üçün vizualizasiya etməlisən. Təsəvvür et ki, Pərviz Həsənov sənin qarşında dayanıb və sənə seminar keçir. Özünü olanların içində təsəvvür elə. Kitab məhz bu tərzdə yazılıb. Uğurlar.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar