Məhsul kodu: 9806
Bənzərsiz İsgəndər Pala üslubunda qələmə alınmış “Od” romanı türk dünyasının böyük ozanı Yunus Əmrənin ömür hekayətidir. Yazıçının qələmilə könül gizlinlərini oxucuya açan Yunus canlıdır, doğmadır, ucalığa çatmağın sirlərini bölüşür.
Əsərin ilk bölümü Molla Qasımın dilindən verilir. O, balıq tutarkən bir adamın gətirdiyi şeirləri oxuyur və bu sözləri “şəriətə uyğun” görmədiyindən oda atıb yandırır. Həmin gün Molla Qasım yuxuda Yunus Əmrəni görür və şeirlərin ona aid olduğunu öyrənir. Tutduğu işdən peşman olan Molla Qasım onun iziylə yollara düşür. Uzun axtarışdan sonra Yunus Əmrə və onun oğlu İsmayılla görüşən Molla Qasım bu kitabı meydana gətirir: “Söz onların, yazı mənim”.