Məhsul kodu: 9817
Məşhur Amerikalı yazıçı və ünsiyyət mütəxəssisi Deyl Karnegi, 1888-ci ildə ABŞ, Missuriyada anadan olmuşdur. Dövlət Müəllimlər kollecinin məzunudur. Məzuniyyətdən sonra müəllim, satış nümayəndəsi kimi fərqli sahələrdə özünü sınamışdır. Sonra Nyu-Yorkdakı Amerika Dram Akademiyası na daxil olmuş və bəzi teatr tamaşalarında rol almışdır. Daha sonra, avtomabil şirkətində satış nümayəndəsi kimi fəaliyyət göstərdi, amma müvəffəq olmadı. İş adamları üçün natiqliq kursları təşkil etdi. İlk başlarda uğursuzluqla qarşılaşdı, sonra, iş həyatına yeni başlayan gənclərin bu kurslara marağı artmağa başladı. Beləcə Deyl Karnegi məşhurlaşdı.
İnsanların şəxsi inkişaf mövzusunda məlumatsız olduqlarının fərqinə vardı. Bu mövzunu, özünün araşdırmalarının əsas mövzusu olaraq seçdi və bu sahədə ixtisaslaşdı. Onun Dostu necə qazanmalı əsəri, 1936-cı ildə 30 milyondan çox nüsxə satılmışdır. Onun kitabları, müasir dünyada da populyardır.
Ən maraqlısı odur ki, Dostu necə qazanmalı kitabının müəllifi olan Deyl Karnegi, tənha bir şəkildə vəfat etmişdir.