Məhsul kodu: 9848
Maks Havelaar İndoneziyanın Yava adasında çalışan niderlandlı dövlət qulluqçusudur. O, Niderlandın müstəmləkəsi olan İndoneziyada baş alıb gedən zülmlərə, qəsblərə, talanlara qarşı mübarizə aparıb haqqı bərqərar etmək üçün alışıb-yanır. Müəllif müstəmləkə siyasətini bütün çılpaqlığı ilə, iyrəncliyi ilə açaraq oxucuya çatdırır. Əksər ədəbi tənqidçilər əsəri avtobioqrafik hesab edir və kitabdakı hadisələrin XIX əsrin ikinci yarısı Niderlandın müstəmləkəsi olan İndoneziyadakı zülm və ədalətsiz olaylarından götürüldüyünü bildirir. İkiüzlü məmurlara, onların yerli, satılmış, öz xalqına zülm edən əlaltılarına qarşı bu şəxsin mübarizəsi nə ilə nəticələnəcək? Ədalət zəfər çalacaqmı?