Məhsul kodu: 11433
Yağışlı bir noyabr səhərində tanış polis kapitanı müstəqil cinayət-axtarış eksperti Qanbay Qasımlıya zəng vurub Humay adlı gənc qızın tək yaşadığı kirayə mənzildə qətlə yetirildiyini xəbər verir. Deyir ki, mənzildəki masanın üstündə Qasımlının çərçivəyə salınmış fotosunu gördüyü üçün ona zəng vurub. Aldığı bəd xəbər məşhur xəfi yyəni yataqdan tələsik qalxmağa vadar edir. Qasımlı 21 yaşlı bu qızı yaxşı tanıyırdı. Bir il əvvəl nişanlısının ölüm işini araşdırarkən tanış olmuşdular. Körpəliyindən yetimxanaya verilən, oradan çıxandan sonra valideynləri ilə yaşasa da, sonradan cinayətkar qrupun toruna düşən, içkiyə qurşanan Humay həyatda bəxti gətirməmiş bir zavallı idi. Onun can dostu, ürək sirdaşı yox idi. Yalnız Qasımlı kimi ciddi adamı özünün yeganə dostu sayırdı... Hadisə yerinə gələn Qasımlı əməliyyat-axtarış qrupu rəhbərinin icazəsi ilə mənzilə baxış keçirir. Bu zaman diqqətini qızın qanının sıçradığı masanın üzərindəki görünməyən izlər cəlb edir. Bəli, yerli-dibli görünməyən izlər... Bu izlər onu Humayın qatilinin axtarışında düzgün yola yönəldir. Təhqiqat uzun və yorucu olsa da, qatil tapılır. Lakin məşhur xəfi yyə ona hər kəsdən artıq inanan və özünə dost hesab edən bu bədbəxt qızı düşdüyü bataqlıqdan vaxtında xilas etmədiyi üçün uzun müddət vicdan əzabı çəkəcək, bu mənəvi işgəncədən qurtula bilməyəcəkdi...