Məhsul kodu: 11454
Avstriyalı uşaq yazıçısı Feliks Zalten Peştdə (indiki Budapeşt) doğulub. 4 yaşında ikən ailəsi Avstriyanın paytaxtı Vyanaya köçüb.
Yazıçının ilk qələm təcrübələri də 1889-cu ildən etibarən elə Vyanada işıq üzü görüb. Zalten öz yaradıcılığı boyu bir çox janrlarda qələmini sınasa da, əsasən, heyvanlar haqqında yazdığı əsərləri ilə tanınır. Bu da səbəbsiz deyil: o, eyni zamanda mahir ovçu olduğundan heyvanlar aləminə yaxşı bələd idi.
Zaltenə dünya şöhrəti qazandıran isə 1923-cü ildə yazdığı «Bembi» romanı olub. İndiyədək əksər dillərə tərcümə edilən və dəfələrlə ekranlaşdırılan həmin romanın baş qəhrəmanı Bembi adlı maral balasıdır. Bembinin bir-birindən maraqlı macəraları az qala doğulduğu gündən başlayır və oxucuda dərin təsir buraxır.