Məhsul kodu: 11518
Lidia ailəsi ilə Akapulkoda yaşayır. Gözünün ağı-qarası bir oğlu, jurnalist həyat yoldaşı var. Akapulko əvvəllər sakit şəhər idi. İndi amansız cinayətkarların oylağına çevrilib. Lakin bu, xoşbəxt ailənin həyatına təsir etmir. O vaxtacan ki, ailə başçısı jurnalistin yeni narko-baron barədə məqaləsi çap olunur. Bununla hər şey alt-üst olur.
Lidia canından artıq sevdiyi oğlunu götürüb uzaqlara qaçır. Yolda onlar ABŞ-a can atan insan selinə qarışırlar. Yolçuların hamısının arxada qoyduğu maraqlı bir həyat hekayəsi var. Bəs çıxdıqları yol onları hara aparacaq? Əsərin ən maraqlı hissəsi də bu məqamdan başlayır.