Məhsul kodu: 11543
Əsərin əvvəlində on altı yaşlı gənc günlərini qalmaqallarda keçirən zadəgandır. Bu qalmaqallar kraliça I Yelizavetanın sarayında müxtəlif şadlıq məclisləri ilə müşayiət olunur. Əsərin sonuna yaxın isə artıq üç əsr keçmişdir. 1928-ci ildə gənc artıq otuz altı yaşlı qadındır. Qəhrəmanın səyahəti həm də daxilən baş verir. O, impulsiv şairdir. Ürək məsələsində səbir və dözüm öyrənir. Bir qadın olsa da, bilir ki, kişi olmaq nədir. Bu qeyri-adi roman fantastik bioqrafiyadır. Eyni zamanda, məzəli, seksuallığın əsl təbiətini öyrənən cəsarətli əsərdir. Müəllif onu yaxın dostu və sevgilisi, aristokrat şair Vita Sakvil-Vestin keşməkeşli həyatından ilhamlanaraq qələmə almışdır.