Məhsul kodu: 11557
Kitab son illərdə müxtəlif ölkələrin arxivlərində aşkarlanıb, ilk dəfə olaraq elmi dövriyyəyə daxil edilmiş sənədlər əsasında milli dövlətçiliyimizin banisi Məmməd Əmin Rəsulzadənin 1992-1943-cü illərdə mühacirətdəki fəaliyyətinin tədqiqinə həsr edilib.
Kitabda M.Ə.Rəsulzadənin həmin dönəmdə Azərbaycan və Qafqaz mühacirəti daxilində gedən proseslərdə iştirakı, onun mühacirətin birliyinə nail olunması istiqamətindəki fəaliyyəti , eləcə də sovet rejiminə qarşı barışmaz və davamlı mücadiləsinin müxtəlif məqamları yeni faktlar əsasında araşdırılır.