Məhsul kodu: 11570
Bu kitab Fortune 500 siyahısında dünyanın ən böyük şirkəti olan Walmart şirkətinin qurulması, pandemiya vaxtı şirkət idarəçiliyi, qiymət strategiyası, əməliyyat strategiyası, korporativ mədəniyyət strategiyası, məhsul strategiyası, xərclərin idarə edilməsi strategiyası, istedadların idarə olunması strategiyası, xidmət strategiyası və böyük şirkətlərin dünyaya təsirlərini açıqlayan 9 fəsildən ibarətdir. Xüsusilə də əməliyyatların idarə olunması, təchizat zənciri, anbar və ehtiyatların idarə olunması, logistika, HR və.s. kimi sahələrdə çalışan mütəxəssis və rəhbərlər, iqtisadiyyat, biznesin təşkili və idarə edilməsi istiqamətində təhsil alan tələbələr, biznes sahibləri və idarəçiləri üçün faydalı bir qaynaqdır.