Məhsul kodu: 11606
Tələbə dostlar qızlı-oğlanlı Körpükəndə yay istirahətinə gedirlər. Siyasi məqalələr yazan jurnalistin gözlənilməz ölümü hər şeyi alt-üst edir. Təsadüfən hadisələrin ortasına düşən gənclər vəziyyətdən baş çıxartmağa çalışırlar.
Lakin hadisələrin burulğanı bununla bitmir. Tələbə dostlar arasındakı çarpaz münasibətlər oxucunu da psixoloji labirintə salır. Üç günün içində baş verənlərin sirri roman boyu açılır. Bütün gizlinlər faş olur. Nəyin həqiqət, nəyin yalan, kimin dost, kimin yad olduğu bilinir.
Romanda müxtəlif nəsr texnikalarından istifadə olunub. Bu da oxucunu əyləncəli, zövqlü bir oyuna qonaq edir.