Məhsul kodu: 11629
Xalq yazıçısı İsmayıl Şıxlı öz roman, povest və hekayələri ilə oxucuların rəğbət və məhəbbətini çoxdan qazanıb. Onun istər tarixi, istərsə də müasir həyatdan alınmış əsərləri sevilə-sevilə oxunur. “Cəbhə yolları” povestində yazıçı müharibə illərində şahid olduğu hadisələri qələmə alır. Müharibə mövzusu onun yaradıcılığında xüsusi yer tutur. Yazıçı özü şəxsən gördüyü, tanış olduğu adamları, bu adamların sevincini, kədərini ürək yanğısı ilə təsvir edir.
Oxucu bu kitabı oxuyarkən bir əsgərin simasında minlərlə sovet əsgərinin ağır, lakin şərəfli mübarizədə rastlaşdığı çətinlikləri sanki öz gözü ilə görür.
Döyüş yollarında bir əsgərin qarşılaşdığı çətinliklər ümumi müharibə fonunda ustalıqla verilir və böyük bir nəslin – Vətən uğrunda vuruşanların qəhrəmanlıq epopeyası kimi səslənir.