Məhsul kodu: 11766
Kitab yazıçı-şair, ssenarist Turan Uğurun sevimli şairimiz Məmməd İsmayılla 2 il 3 aylıq müddət ərzində apardığı söhbəti əsasında hazırlanıb. Bu söhbətlərdə zaman-zaman müxtəlif xatirələrin qanadında 30-40 il əvvələ səyahət edilir. Eyni zamanda, müəllif xatirə-romanda Məmməd İsmayılla bağlı müxtəlif insanların xatirələrini yazmaqla yanaşı, həm də məqam düşdükcə öz təəssüratlarını, linqvistik təhlillərini, ədəbi qənaətlərini də əks etdirir. Əsərin xatirə-roman janrında yazılması həm bioqrafik ehtivaya, həm də fikrin bədii formada təcəssümünə şərait yaradır.