Məhsul kodu: 11770
 “Uçmaq istəyirsiniz? Quştək azad, kəpənək kimi yüngül?”
 Brimir və Hulda çox-çox uzaqlarda, kainatın bilinməyən ucunda, mavi  planetdəki kiçik adada yaşayırlar. Bu planetdə böyüklər yoxdur, sadəcə  uşaqlar, heyvanlar və bolluca macəra var.   
Amma bir gün özünü cənab Xoşvaxt adlandıran, qəribə görünüşlü bir adam  kosmik gəmisi ilə qəzaya uğrayır və adaya düşür. Sadəlövh uşaqlar  arasında özünə asanlıqla yer tapmağı bacaran cənab Xoşvaxt uşaqlara  ən  şirin yuxularına layiq xəyallarını gerçəkləşdirməyə söz verir!      
Əyləncəli keçən günü axşamlar yatmalı olduqları üçün yarıda kəsmək?  
Daha həmişə gündüz olacaq!   
Yağış yağır deyə günü cansıxıntısı içində keçirmək?  
Daha bulud olmayacaq!   
Çimib təmizlənmək lazımdır deyə günün əyləncəli vaxtını əldən buraxmaq?  
Daha ehtiyac qalmayacaq!   
Bəs.. uçmaq necə?  
Lap quş kimi!   
Sadəcə dostluğun və uşaqca səmimiyyətin olduğu adaya yeni şeylər  gətirən cənab Xoşvaxt əvəzində uşaqların ürəklərinin dərinliyindəki  zəngin quyudan çox önəmli bir şeyi özünə götürür...    Amma əsl macəra hələ başlamayıb! Brimir və Hulda planetin onların  ucbatından nə hala düşdüyünü görəndə iki şeyi yenidən öyrənməlidirlər:  dostluq və ədalətin önəmini.   
Bu, uşaqlar üçün yazılmış sadə nağıl deyil, hər yaşdan oxuyucuya xitab  etməyi bacaran, insan xislətinə və uşaq qəlbinə dair möhtəşəm əsərdir.