Məhsul kodu: 11812
Beso Solomanaşvilinin “Cəllad: Babamın hekayəsi” romanı postmodern roman estetikasında qələmə alınmış, müasir gürcü ədəbiyyatının maraqlı nümunələrindən biridir. Mistika, qrotesk, gerçəklik və absurd estetikasına söykənən effektlər və tarixi pasajlar romanın maraqla oxunmasını şərtləndirir.
Ədalətsizliyin, anarxiyanın sizi gərginlikdə saxladığı bu kiçik, əcaib dünyada ədalət tərəzisini, mizanı qorumağın çətinliyini anlayacaqsınız. Romanın dinamikası sizi öz ağuşuna alacaq, Qafqazın qədim sakinlərinin – gürcülərin XX əsrin əvvəllərində üzləşdikləri xaosun vahiməsini dərk edəcəksiniz.