Etika

Məhsul kodu: 11855

  • 6.49 AZN
  • 5.2 AZN


Müəllif
Konstantin Stanislavski
Kateqoriya
İncəsənət , Teatr
Nəşriyyat
Kosmo
Səhifə
64
Tərcümə
Tahir Kazımov
Təmin edilmə
1-3 İş günü
Stock
73

Qısa məzmun

“Moskva Bədaye Akademik Teatrın ildə bir dəfə çıxan məqalələr məcmuəsinin” 1944-ci il nömrəsində dərc edilmiş K. S. Stanislavskinin “ETİKA” məqaləsi müəllifin qaralama əlyazmasıdır. Məqalədə çoxlu düzəlişlər, ixtisarlar, əlavələr vardır. Müəllif misalların yerini dəyişməyi nəzərdə tutur, bəzi misalları pozur və yenə saxlayır. Görünür ki, əlyazmasının pozulmuş bəzi yerləri yenidən işlənəcək və bundan sonra əlyazmasına əlavə ediləcəkmiş, çünki onları çıxardıqda məqalədəki məntiqi əlaqə pozulur.
Əlyazması yazı kağızı ilə 67 səhifədir və mürəkkəblə yazılmışdır. O, Lenin adına Kitabxananın əlyazmaları şöbəsində saxlanılır. Əlyazması ardıcıl səhifələnməmişdir.
Görünür ki, bu məqalə Stanislavskinin çapdan çıxmış “Aktyorun öz üzərində işləməsi” adlı kitabının fəsillərindən birinin variantıdır. Məqalənin yazılış forması və iştirak edən şəxslərin (məktəb müəllimi - Tortsov, şagirdlər - Qovorkov, Vyuntsov) eyni olması da bunu göstərir.
Stanislavski kitabın üzərində işlərkən bu fəsli kitabdan çıxarmışdır; çünki o, bu məsələni o qədər mühüm bir məsələ hesab etmişdir ki, onun haqqında ayrıca kitab yazmağı lazım bilmişdir.
Teatr etikası məsələləri Stanislavskini teatrda işlədiyi ilk günlərdən məşğul etmişdir.
Onun bacısı Zinaida Sergeyevna Sokolova, Stanislavskinin hələ onların evində, Alekseyevski dram dərnəyində nizam-intizam qaydalarını və etikanı pozanların hamısı ilə nə qədər sərt olduğunu söyləyir.
Stanislavskin özünün “İncəsənətdə mənim həyatım” kitabının incəsənət və ədəbiyyat cəmiyyətində Şekspir faciəsinin qoyuluşundan bəhs edən “Otello” fəslində yazır:
“Bir maneəni başqa bir maneə əvəz edirdi. Əvvəlcə arvadım xəstələndi və buna görə Dezdemona rolunu başqa bir həvəskar qadına verməli olduq, lakin o özünü yaxşı aparmadı - lovğalanmağa başladı və buna görə mən cəza üçün onu işdən çıxarmalı oldum.
K. S. Stanislavskinin etika haqqındakı fəsli nə vaxt yazdığını onun 1908-ci ilin avqustunda M. P. Lilinaya yazdığı məktuba əsasən ehtimal etmək olar. Stanislavski xaricdən gəldikdən sonra “Göy quşun” məşqlərini yenidən təşkil edir. O, M. P. Lilinaya yazdığı məktubda deyirdi:
“Axşam evdə idim və etika haqqındakı fəsli yazdım. Deyəsən, pis çıxmadı. Dünən bazar ertəsi günü, səhər məşqi zamanı onu aktyorlara oxudum. Deyəsən, məqalə onları düşündürmüşdür və məşq yaxşı keçdi”.
Stanislavski ölümündən bir neçə gün əvvəl, yəni 1938-ci ilin avqustun 2-də sanatoriyaya getməli idi. Bu zaman O, adəti üzrə, sanatoriyada olacağı müddət üzərində işləyəcəyi bütün əlyazmaları və qeydləri yığışdırmışdı. “Etika” məqaləsi də bunların arasında idi.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar