Məhsul kodu: 11873
Psixoanalizin banisi Ziqmund Froyd bu kitabında psixoanalizin, ictimai hadisələri, mədəniyyətin inkişafını və problemlərini izah etməkdə əlverişli nəzəriyyə olduğunu göstərir. “Mədəniyyətdən narazılıq” kitabı Froydun psixoanaliz tapıntılarının hansı mənaya gəldiyini dilə gətirən vacib əsərlərindən biri olduğu üçün XX əsrdə bir çox filosofu təsiri altına salmış, ilham qaynağı olmuş və onunla hesablaşmaq məcburiyyətində qoymuşdur. Froyda görə, heyvani impulslarla instinktlənən insanın eyni zamanda mədəni varlıq olmağa çalışması faciəvi haldır. Froyd həmçinin insanın mədəniyyətdən imtina edə bilməyəcəyini də vurğulayır. Nəticə isə mədəniyyətin labüd narahatlığıdır.