Məhsul kodu: 11935
Elfriede Jelinek in özünün etiraf etdiyi kimi, Pianoçu romanı qismən avtobioqrafikdir - əsərdə təsvir olunan cəsarətli səhnələrə görə bunu yetəri qədər ciddi açıqlama saymaq olar. Çox da gənc olmayan pianoçu qadın fortepiano dərsləri verir və məşhur bəstəkarların əsərlərinə pərəstiş edir, bununla da qızını artıq pozulmuş və iyrənc hala düşmüş cəmiyyətdən uzaq tutmaq istəyən anasında müsbət hisslər oyandırır. Cindi hisslərinin uzun illərdən bəri boğulması, sındırılmış qadın psixologiyası, nəticədə nifrət predmetinin öz bədəninə yönəlməsinə gətirib çıxarır. Yazıçının özünün də təsdiq etdiyi kimi, o, ana və qızının münasibətlərini daha detallı göstərmək istəyib və bu da sonrakı işgəncə səhnələrinin və kişi cinsi ilə - öz şagirdi ilə qeyri-adi münasibətlərin yaranmasına gətirib çıxarıb. Romanda səslərin və əks-sədaların musiqili oyunu üçün... - 2004-cü ildə ona Nobel mükafatı təqdim edən komitənin rəsmi açıqlamasında bu sözlər deyilirdi. Bu ifadənin üzərində düşünməyə dəyər.