Məhsul kodu: 12094
Ey fırtınaların girdabına düşən insanlar, harada olursunuz olun, hansı şəraitdə yaşayırsınız yaşayın, bilin ki, həyat okeanında xoşbəxtlik adaları sizə gülümsəməkdə və ideallarınızın günəşli sahilləri sizin gəlməyinizi gözləməkdədir. Düşüncələrinizin sükanından möhkəm yapışın. Kapitan ruhunuzun dərinliklərində yatır, onu oyadın. Özünə hakim olmaq güclü olmaqq deməkdir. Doğru düşüncə məharətdir, sükunət gücdür. Qəblinizə söyləyin: “Hüzurlu ol, sakitləş!”_
Arzulamaq əldə etmək, istəmək nail olmaqdır. Rəvadır ki, insanın ən səfil hissləri məmnun edilsin, ən pak arzuları isə bir kənara atılsın? Qanun belə deyil. Bu, yolverilməzdir. İstəməli və almalısınız. Böyük xəyallar qurun. Xəyal qurduqca ona doğru gedəcəksiniz. Xəyalınız bir gün o yerə çatacağınızı vəd edir, idealınız isə əldə edəcəklərinizi xəbər verir.
Ceyms Allen (James Allen) – motivasiya kitabları və şeirləri ilə tanınan Britaniya yazıçısıdır. Ceyms Allen öz əsərlərində şəxsiyyətin motivasiyası və daxili potensialının üzə çıxartması haqqında ciddi analizlər aparan ilk araşdırmaçılardan biridir.
Allenin 1903-ci ildə işıq üzü görən ən məşhur əsəri “As a Man Thinketh” (“Düşüncənin gücü”) hazırda da sanballı klassik motivasiya əsərlərindən sayılır. Kitabın əsas ideyası odur ki, düşüncə insanı formalaşdırır: ali düşüncələr ali insanı, pis düşüncələr isə pis insanı doğurur.