Məhsul kodu: 12009
Ailənə bir az diqqət, bir az hörmət və bol sevgi qat. Evlilik, təməli möhkəm olarsa, sağlam münasibətlər üzərində qurularsa, sarsılmaz bir qala olar. Ailə üzvləri orada özlərini təhlükəsizlikdə hiss edər və heç bir problem onların arasındakı bağı zədələyə bilməz.
Bu kitabda sağlam ailə nədir, sağlam münasibətlər necə qurulur, evlilikdən öncə nələrə diqqət edilməlidir kimi mövzularla yanaşı, evlilik boyunca sevgini, qarşılıqlı anlayışı qorumağın yolları da göstərilir.
Müəllif ailələrdə yaranan problemlərə toxunub və onların həll yollarını göstərməyə çalışıb. Eyni zamanda evlilikdə tərəflərin üzərinə düşən öhdəliklər barədə geniş məlumat verib və ailə səadətini təmin etmək üçün mütəxəssislərin bir çox tövsiyələrinə yer ayırıb.
Yazıçı-psixoloq Pərvin Nəsirsoy bütün bu məlumatları öz təcrübə və evlilik hekayəsindən nümunələr verərək çatdırıb. Bu da kitabın dilinə səmimiyyət və doğmalıq çaları qatıb.