Məhsul kodu: 12088
Kitabda səyyah-fotoqraf İradə Qədirovanın bölgə-bölgə, kənd-kənd
Azərbaycan səyahətinin qeydləri yer alır. Müəllif hər bölmədə insan
hekayəsinin vacibliyinə diqqət çəkir, vaxtilə bu torpaqlarda yaşamış böyük
şəxsiyyətlərin xatirələrindən bəhs etməklə yanaşı, oxucunu Azərbaycanın
füsunkar təbiətinin seyrinə də çıxarır. Kitabdakı real personajların həyat
hekayələri ilə tanışlıq oxucuda bu torpağın insanlarına, onun dəyərlərinə
fərqli ehtiram və sevgi hissi yaradır.