Məhsul kodu: 12098
Cavidin tərxisinə dörd gün qalmış İkinci Qarabağ müharibəsi başlayır. O, könüllü cəbhəyə yollanır və minaya düşərək şəhid olur. Hərbi xidmətdə yazdığı gündəlik onun müharibəyə getməsi və ölümü haqqında yeni faktları açır. Əslində, heç nə göründüyü kimi deyilmiş. “Müharibəni gözləyərkən” realist bir romandır. İkinci Qarabağ müharibəsinin astanasında ordunun panoramik mən zərəsini təsvir edir, qəhrəmanların ziddiyyətlərlə dolu daxili dünyasını açır. Bər-bəzəksiz bir dil vasitəsi ilə həyatın ən adi detallarında gizlənmiş poetikanı oyatmağa çalışır. Anti-bədii bir dil ilə bədii əsər yaratmağın mümkünlüyünü göstərir