Məhsul kodu: 12107
Əhvalat məktəbdən evə qayıdan Stenli İlnets adlı tənha yeniyetmənin başına göydən idman ayaqqabıları düşməsi ilə başlayır.
Oğurluqda təqsirləndirilən Stenli həbs cəzasının əvəzinə “Yaşıl göl” islah-əmək düşərgəsinə göndərilməyi seçir, axı o heç vaxt yay düşərgəsində olmayıb. Lakin düşərgədə heç bir göl yoxdur, onun yerindəki cadar-cadar olmuş köhnə göl yatağı isə zəhərli kərtənkələlər və çuxurlarla doludur. Bu yer pis oğlanlar üçündür: əgər pis oğlanı hər gün qızmar günəş altında çuxur qazmağa məcbur etsəniz, o, yaxşı oğlana çevrilər – hər halda, bəziləri bu fikirdədirlər. Lakin məsələ burasındadır ki, Stenli heç də pis oğlan deyil, o sadəcə lazım olmayan vaxt lazım olmayan yerdə olub.
Yavaş-yavaş çuxur qazmağı və dostluq etməyi öyrənən Stenli, əslində, düşərgə rəisinin nəsə axtardığını anlayır. Bəs, görəsən, Texasın müəmmalı şəkildə yoxa çıxmış ən böyük gölü öz yatağında nə gizlədir? Bunun İlnets ailəsini izləyən qədim lənətlə nə əlaqəsi var?
Keçmişin xatirələri səhifələrdə səhradakı ilğımlar kimi peyda olub reallıqla qovuşur, qara yumor isə oxucunu son sətrə qədər intizarda saxlayan əhvalatı daha da sürükləyici edir.