Məhsul kodu: 12111
Hədəfi əyləndirərək düşündürmək, ən gözəl mənəvi dəyərləri aşılamaq olan “Ləpirçinin macəraları” seriyası 6 kitabdan ibarətdir.
Afrikada doğulub böyümüş cəsur ləpirçi Lano müxtəlif yerlərə səfər edərək qeyri-adi heyvanlarla rastlaşır, digər tayfalarla qarşılaşaraq onların maraqlı adətləri, çətinlikləri ilə tanış olur, bir çox ibrətli hadisələrin içinə düşür.
Bu kitabda gənc oxucular qəhrəmanımız Lano ilə birlikdə doğma torpağa, xalqa bağlılığın vacibliyini anlayacaq, mərhəmətin düşmənçilik toxumlarını məhv edərək sülh yaratdığını öyrənəcək, sonsuz şəfqətdən doğan gücün, heyvanla insanın böyük dostluğunun şahidi olacaqlar.