Məhsul kodu: 12282
Fyodor Dostoyevskinin1864-cü ildə çap olunan Gizlindən qeydlər ( Записки из подполья ) povesti ekzistensial fəlsəfənin əsas əsərlərindən biri hesab olunur.
Əsər adsız qəhrəmanın - gizlində yaşayan adam ın daxili monoloqları və həyat təcrübələri əsasında qurulub.
İstefada olan qırx yaşlı məmur paytaxtdakı gözdən-könüldən uzaq hücrəsində yaşayır. O özünü cəmiyyətdən tamamilə təcrid edib.
Qəhrəman birinci hissədə gündəlik qeydləri kimi yazdığı fəlsəfi düşüncələrini bölüşür. Fikirlərindən görünür ki, tənhalıq onu qəddarlaşdırıb və qəhrəman, əslində, antiqəhrəmana çevrilib.
Ona əsas əzab verən şey təbiətin daşlaşmış qayda-qanunları, öz diliylə desək, insanın azadlığını məhdudlaşdıran daş divar dır. Məhz bu daş divar insanın nəinki azadlığını, həm də düşüncələrini məhdudlaşdırır. Çünki iki dəfə iki həmişə dörd edir .
Müəllif birinci hissədə dövrünün ideologiyasına - nihilizmə və rasional eqoizmə qarşı çıxır.
İkinci hissədə təsvir olunan hadisələr isə qəhrəmanı əvvəlcə məhv edir , sonra isə onun yenilənməsinə rəvac verir.
Gizlindən qeydlər əsəri bir çox filosofa (əsasən, Fridrix Nitsşeyə), bir çox modernist yazıçıya (Frans Kafkanın Çevrilmə si, Ralf Ellisonun Gözəgörünməz adam ı və s.) və rejissora (Martin Skorsezenin Taksi sürücüsü , Todd Fillipsin Coker filmləri və s.) təsir edib. Dəfələrlə ekranlaşdırılan əsərin ən məşhur ekran həllərindən biri türkiyəli rejissor Zeki Demirkubuzun Yeraltı filmi hesab olunur.