Məhsul kodu: 1640
1880-ci illərdə Moskva Universitetinin bütün professorları, tələbələri və Moskvanın ziyalı qisminə mənsub olanlar böyük bir çaşqınlıq yaşayırdılar. Çünki, heç zaman görmədikləri bir hal ilə rastlaşmışdılar... Universitetin ən gənc Riyaziyyat professoru — S.A. Raçinski tutduğu vəzifəsindən istefa verərək Rusiyanın Smolensk əyalətinin Tatevo kəndində müəllim təyin olunması üçün Təhsil Nazirliyinə ərizə vermişdir. Elm dünyası onunla öyünüb, ondan Riyaziyyat sahəsində yeni kəşflər gözləyən zaman, bu gənc professor öz istəyi ilə universitetdəki tədris və təhsilə son vermək qərarına gəlmişdi. Hamı Niyə? deyə böyük maraqla şoruşurdu. Raçinski isə verilən suallara yalnız bir cavab verirdi: Bir kənddə, adi bir müəllim olmaq üçün...